xebermen.az

Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi

15-04-2026, 14:54

 

ABŞ və Böyük Britaniya Rusiyanın kosmosda mümkün nüvə zərbəsinə qarşı mübarizə aparmaq məqsədilə hərbi təlimlər keçirib.

Bu barədə “The Telegraph” qəzeti yazıb.

Nəşr rəsmilərin bununla bağlı xəbərdarlıq etdiyini qeyd edib.

“Kosmos döyüş meydanına çevrilərsə, bütün dünya bundan təsirlənə bilər. ABŞ Kosmik Komandanlığı və müttəfiqləri, o cümlədən, Britaniya Rusiyanın peyklərə qarşı nüvə silahlarından potensial istifadəsinə qarşı hərbi təlim keçirib”, - qəzet vurğulayıb.

ABŞ Kosmik Komandanlığının rəisi general Stiven Vaytinq bildirib ki, Çinin orbital yanacaq doldurma və logistika sahəsindəki addımları da son bir ildə kosmosda manevr ehtiyacını artırıb: “Böyük bir güclə uzunmüddətli qlobal münaqişənin qarşısını almaq və qalib gəlmək üçün fərqli strategiyaya ehtiyacımız var. Bu strategiya manevr müharibəsidir”.

Qeyd edək ki, Rusiyanın 2024-cü ildə peyklərə hücum edə bilən cihazı orbitə buraxdığına dair məlumatlar var. Lakin Moskva kosmosda nüvə silahı yerləşdirmədiyini və bunu planlaşdırmadığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930