xebermen.az

Bu qidalar dəridə tünd ləkələrə səbəb olurmuş

12-04-2026, 22:35

 

San Paulodakı "Anhembi Morumbi" Universitetinin əməkdaşı, məşhur diyetoloq Şeyla Mustafa diqqət çəkən açıqlamalar verib.

O, "The Conversation" açıqlamasında bildirib ki, şəkərlə zəngin olan və ultra emaldan keçmiş ərzaq məhsulları dəri piqmentasiyasını artıra və melazmanın inkişafına səbəb ola bilər.

"Melazma dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb olan xroniki bir xəstəlikdir. Əvvəllər melazmanın ultrabənövşəyi şüalar, hormonal dəyişikliklər və genetik problemlər səbəbindən meydana çıxdığı düşünülürdü. Lakin müasir tədqiqatlar göstərir ki, əsas mexanizm daha mürəkkəbdir",- o deyib.

Mütəxəssisin sözlərinə görə, bu arzuolunmaz vəziyyətdə dəridə iltihabi proseslər mühüm rol oynayır. Xüsusilə, mast hüceyrələri (mastosidlər) aktivləşir, histamin ifraz edir və lokal iltihabı artırır. Həmçinin melazmanın inkişafında stress və dəri strukturundakı dəyişikliklər də rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031