xebermen.az

İranın Hörmüz boğazı ilə bağlı ŞOK NİYYƏTİ - Elə tələblər irəli sürülür ki...

12-04-2026, 12:03


 

İran Hörmüz boğazından gündəlik olaraq 10-dan çox olmayaraq gəminin keçməsinə icazə vermək niyyətindədir.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Bildirilib ki, İslam Respublikası öz niyyətləri barədə vasitəçilərə məlumat verib. Tehran, həmçinin boğazdan keçid üçün ödəniş tələb etmək niyyətindədir.

Qeyd olunub ki, ən böyük supertankerlər üçün bu ödəniş iki milyon dollara qədər çatır. Vurğulanıb ki, boğazı keçən gəmilərin icazəsi olmalı və onlar xüsusi marşrutlarla hərəkət etməlidirlər.

Yaxın Şərqdə nizamlanma ilə bağlı İran və ABŞ arasındakı danışıqlar bir gün əvvəl İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə başlayıb. Tərəflər üç raund danışıqlar aparıblar. Mənbələrin bildirdiyinə görə, görüşlərdə müsbət atmosfer hökm sürüb, lakin Hörmüz boğazı ilə bağlı vəziyyət çıxılmaz olaraq qalıb.

Daha əvvəl ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından keçmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930