xebermen.az

ABŞ İranın bu şərti ilə razılaşdı

11-04-2026, 22:26

 

ABŞ Pakistan ərazisində İranla aparılan danışıqlar zamanı Tehranın Qətərdə və digər xarici banklarda saxlanılan aktivlərinin dondurulmasının ləğvinə razılıq verib.

Bu İranın gəmilərin Hörmüz boağzından təhlükəsiz keçidini nə dərəcədə təmin edəcəyindən asılı olacaq. Bildirilir ki, bu İslamabadda keçiriləcək İran-ABŞ danışıqlarının gündəliyində əsas məsələlərdən biridir.

Pakistan paytaxtında danışıqların iki formatda - vasitəli və birbaşa formatlarda keçirilməsi nəzərdə tutulur. İlk növbədə, tərəflər Pakistandan olan nümayəndələr vasitəsilə müzakirələrin gündəliyini təsdiqləyəcək. Daha sonra Vaşinqton və Tehran nümayəndələri arasında birbaşa danışıqlar başlayacaq.

Birbaşa danışıqların Bakı vaxtı ilə 16:00-da start götürəcəyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031