xebermen.az

Britaniyada qadına milyon nəfərdən yeddisində rastlanan nadir göz xərçəngi diaqnozu qoyuldu

11-04-2026, 22:25

 

Böyük Britaniyada qadın görməsində kiçik dəyişikliklər hiss edib və nəticədə ona nadir xərçəng növü diaqnozu qoyulub.

Bu barədə "Mirror" nəşri məlumat verib.

Məlumata görə, 31 yaşlı Salli Lou gözündə qara ləkəyə diqqət yetirib. Əvvəlcə bu ləkə hərəkətsiz olsa da, daha sonra yerini dəyişməyə başlayıb. Sonradan qadında görmə bulanıqlığı yaranıb və qadın həkimə müraciət etməyə qərar verib.

Qəbul zamanı həkim şübhəli dəyişikliklər görüb və onu təcili müayinəyə göndərib. İxtisaslaşmış klinikada bir sıra yoxlamalardan sonra qadına göz xərçənginin olduqca nadir bir növü olan xorioidal melanoma diaqnozu qoyulub.

Həkimlərin məlumatına görə, xəstəliyə ildə təxminən bir milyon insandan yeddi nəfərdə rast gəlinir və xəstəlik çox vaxt demək olar ki, hər hansı simptom olmadan davam edir. Qadına iki müalicə variantı təklif edilib - uzunmüddətli şüa terapiyası və ya gözün çıxarılması. Nəticədə o, əməliyyatı seçib. Yaxın günlərdə qadın əməliyat olunacaq və xəstəliyin yayılmasını istisna etmək üçün əlavə müayinələrdən keçməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930