xebermen.az

Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır

11-04-2026, 22:25

 

Mikroplastiklərin insan həyatı üçün yaratdığı ciddi təhlükələr bir daha gündəmə gəlib.

Araşdırmaya görə, tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi qulluq vasitələrinə qədər bir çox gündəlik məhsul insan orqanizminə mikroplastik ötürür.

Bildirilir ki, bu xırda hissəciklər qan dövranına daxil olaraq bədəndə, xüsusilə də toxumalarda toplanır.

Diqqət çəkən əsas məqamlardan biri isə körpələrin daha böyük risk altında olmasıdır. Belə ki, onların məruz qaldığı plastik yükünün böyüklərlə müqayisədə bir neçə dəfə artıq olduğu qeyd olunur.

Mütəxəssislər yaranmış vəziyyətlə bağlı xəbərdarlıq edərək gündəlik həyatda plastik istifadəsinin minimuma endirilməsini, həmçinin istehsal proseslərində daha sərt nəzarət mexanizmlərinin tətbiqini zəruri hesab edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930