xebermen.az

“Artemis II” Yerə qayıtdı

11-04-2026, 12:54

 

“Artemis II” missiyası çərçivəsində dörd astronavtı daşıyan ABŞ-ın “Orion” kosmik gəmisi Aya uçuşunu başa vuraraq Yerə qayıdıb.

Sakit okeandakı hədəfə eniş yerli vaxtla 20:07-də (Bakı vaxtilə 04:07) baş tutub.

Qeyd edək ki, ekipajda NASA astronavtları Rid Vaysman (Reid Wiseman), Viktor Qlover (Victor Glover) və Kristina Kox (Christina Koch), eləcə də Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen (Jeremy Hansen) yer alıb.

10 günlük “Artemis II” missiyası zamanı heyət 50 ildən çox müddətdə Aya doğru səyahət edən ilk insanlar olub. Onlar Yer kürəsindən indiyə qədər qət edilən ən uzaq məsafə ilə bağlı yeni bir rekord qırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930