İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq olunacaq
ABŞ İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq edəcək.
Bu barədə ölkə prezidenti Donald Tramp “Truth Social”da yazıb:
“İrana silah tədarük edən istənilən ölkənin ABŞ-a satılan bütün mallarına 50 faiz həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: