xebermen.az

Bu ölkədə kənddə məskunlaşıb pulsuz ev almağın yolu

8-04-2026, 19:58

 

İspaniyada yerləşən Arenillas adlı kiçik yaşayış məntəqəsi əhalisinin azalması problemini həll etmək üçün maraqlı təşəbbüslə çıxış edib. Cəmi 40 nəfərin yaşadığı bu kənd yeni sakinləri cəlb etmək məqsədilə xüsusi proqram hazırlayıb.

Layihə çərçivəsində yerli hakimiyyət orqanları və kəndin mədəniyyət cəmiyyəti birlikdə yeddi evi təmir edərək yeni gələnlər üçün hazır vəziyyətə gətirib.

Təşəbbüsün əsas məqsədi yalnız əhalini artırmaq deyil, eyni zamanda uzunmüddətli, dayanıqlı və bir-birinə bağlı icma formalaşdırmaqdır. Dağların əhatəsində yerləşən bu kənd sakit həyat tərzi və təbiətə yaxın mühit təklif edir.

Şəhər həyatının səs-küyündən uzaqlaşmaq istəyənlər üçün bu məkan həm yaşayış, həm də yeni başlanğıc imkanı kimi təqdim olunur.

Proqramın diqqət çəkən tərəflərindən biri isə yalnız yaşayış yeri ilə məhdudlaşmamasıdır. Kəndə köçən şəxslərə iş imkanları da yaradılır. Məsələn, onlar bələdiyyəyə məxsus binaların təmiri və baxımı ilə məşğul olaraq işləyə bilərlər.

Bundan əlavə, kənddə ictimai həyatın mərkəzi sayılan kənd barını idarə etmək imkanı da təqdim olunur. Kiçik yaşayış məntəqələrində bu cür məkanlar yalnız iaşə obyekti deyil, həm də insanların bir araya gəldiyi əsas sosial mərkəz rolunu oynayır.

Təşəbbüs gözləniləndən daha böyük maraq doğurub. Kəndin mədəniyyət cəmiyyətinin rəhbəri Rodriqo Gismerya görə, cəmi bir həftə ərzində 116 müraciət daxil olub. Müraciət edənlərin bir qismi şəhər həyatından yorulanlar, digərləri isə yeni imkanlar axtaran şəxslərdir.

Qeyd edək ki, bu cür təşəbbüslər son illərdə Avropanın müxtəlif bölgələrində yayılmağa başlayıb və kənd yerlərinin canlandırılması üçün alternativ model kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930