xebermen.az

Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab

8-04-2026, 10:12

 

"Sirius" Elmi-Texniki Universitetinin alimləri laboratoriya siçovullarının davranışlarını təhlil etmək üçün süni intellekt (AI) əsaslı sistem hazırlayıblar.

Məlumata görə, yeni texnologiya videoqeydlərin saatlarla davam edən mexaniki (əl ilə) təhlili əvəzinə, depressiya, demensiya və digər affektiv pozuntuların müalicəsində istifadə olunan dərmanların perspektivliyini bir neçə dəqiqə ərzində qiymətləndirməyə imkan verir. Layihənin əsasında genetik beyin pozuntuları olan heyvanların pozalarını və hərəkətlərini tanımaq üçün proqramlaşdırılmış neyron şəbəkəsi dayanır.

Alqoritmin öyrədilməsi üçün tədqiqatçılar 7 000-dən çox kadrı fərdi şəkildə işarələyiblər. Kadrlarda siçovulların bədənlərindəki əsas nöqtələr - burnun ucu, pəncələr və gövdə xüsusi qeyd edilib. Bu məlumatlar sayəsində neyroşəbəkə heyvanın fəaliyyətini (qaçmaq, donub qalmaq, arxa ayaqları üzərində dayanmaq və ya ərazini araşdırmaq) müstəqil şəkildə müəyyən etməyi öyrənib.

Bu yanaşma həm də subyektivlik faktorunu aradan qaldırır və nəticələrin dəqiqliyini artırır. Sınaqlar zamanı heyvan davranışlarının təsnifatı ən yüksək dəqiqlik səviyyəsinə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031