xebermen.az

Növbə yarandı: Rusiya 10-dan çox ölkənin vətəndaşını kosmosa aparır

6-04-2026, 21:30

 

10-dan çox dövlət Rusiyanın dəstəyi ilə öz nümayəndələrini kosmosa göndərməyə hazırdır.

Bu barədə "Roskosmos"un rəhbəri Dmitri Bakanov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir çox ölkələr vətəndaşlarının kosmonavt olması və Rusiya texnologiyaları sayəsində "milli qəhrəman" statusu almasında maraqlıdır. Bakanov qeyd edib ki, bu imkan Rusiya Orbital Stansiyası (ROS) yaradıldıqdan sonra real olacaq.

Müsahibə zamanı Beynəlxalq Kosmik Stansiyanın (BKS) fəaliyyətinin dayandırılması planlarına da toxunulub.

ABŞ tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən, BKS-in istismarının mərhələli şəkildə dayandırılması 2028-ci ildə başlayacaq. 2030-cu ilə qədər isə stansiyanın tamamilə orbitdən çıxarılması planlaşdırılır. Rusiya həmin müddətə qədər özünün müstəqil orbital stansiyasını tam hazır vəziyyətə gətirməyi və onu elmi təcrübələr üçün əsas platformaya çevirməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031