xebermen.az

Xərçəngin sonu gəlir - Türk alimlər ölümcül xəstəliyin "kodunu" qırdı

6-04-2026, 12:49

 

Türkiyənin ilk yerli preparatı klinik sınaqların birinci mərhələsində uğurlu nəticələr göstərib.

Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

"Türkiyə ilk dəfə öz laboratoriyalarında, xəstəxanalarında və alimləri ilə molekulun kəşfi mərhələsindədir. I faza tədqiqatları çox uğurla keçdi", — deyə səhiyyə naziri bildirib.

Nəşr qeyd edir ki, Boğaziçi Universitetinin rəhbərliyi altında yaradılan molekul II və III faza tədqiqatlarını uğurla tamamlayarsa, Türkiyə özünün ilk xərçəng dərmanını dünyaya təqdim edə biləcək.

Məlumata görə, hazırlanmış texnologiya dərmanı birbaşa şiş hüceyrəsinə yönəldir, bunun sayəsində əlavə təsirlər azalır və müalicənin effektivliyi artır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930