Millət vəkili hədələdi: Müharibə illərlə davam etsə belə İran raket çatışmazlığı ilə üzləşməyəcək
Bölgədəki müharibə daha bir neçə il davam etsə belə, İran ordusu raket və ya digər strateji materiallar çatışmazlığı ilə üzləşməyəcək.
Bu iddianı İran Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Ələddin Burucerdi irəli sürüb.
"Müharibə aylar və ya illərlə davam etsə belə, İran raket arsenalı və strateji imkanları ilə bağlı problemlərlə üzləşməyəcək. İran ordusunun müdafiə qabiliyyəti ilə qarşılaşan düşmən müasir silahlarına baxmayaraq məğlubiyyətə uğrayıb", - o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: