İranın hava məkanı bu tarixədək bağlı qalacaq
İranın hava məkanı daha azı bir həftə — aprelin 12-dək bağlı qalacaq.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, İran üzərindəki səma uçuşlar üçün təxminən aprelin 12-dək bağlı olacaq. Bu qərar ölkənin aviasiya rəhbərliyi tərəfindən qəbul edilib.
Tətbiq olunan qadağa çərçivəsində yalnız dövlət, hərbi və sanitar aviasiya uçuşları, habelə axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəsinin xüsusi icazəsi ilə həyata keçirilən reyslər istisna təşkil edə bilər.
Qeyd edək ki, İranın hava məkanı fevralın 28-i günün birinci yarısında, ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: