xebermen.az

Paytaxtda təmir ediləcək yolların sahəsi bəlli oldu

4-04-2026, 22:09

 

Paytaxt sakinlərinin gündəlik həyatını asanlaşdırmaq və Bakı şəhərini beynəlxalq tədbirə layiqincə hazırlamaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir işləri uğurla icra olunur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülən işlər əvvəlcədən tərtib olunmuş xüsusi plan əsasında icra edilir.

İlkin plana əsasən təmir prosesi 23–30 mart bayram günlərini əhatə etməli idi. Lakin hava şəraitinin gözləniləndən daha qeyri-sabit keçməsi müəyyən ləngimələrə səbəb olsa da, qısa müddət ərzində təmir işlərinin başa çatıdırlması hədəflənir.

42 fərqli ünvanda intensiv işlər aparılmaqla ümumilikdə 151 849 kvadratmetr yol sahəsi yenilənəcək.

Gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində yollar daha hamar, təhlükəsiz və rahat vəziyyətə gətirilir.

Həyata keçirilən bu tədbirlər paytaxtın yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək səviyyədə hazır olmasına mühüm töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930