xebermen.az

Gözlənilməz təsir: Bu ölkə Rusiyada inflyasiyanı aşağı saldı

30-03-2026, 11:39


Rusiyada inflyasiyanın artım tempi müəyyən qədər zəifləyib.

Bu barədə “İzvestiya” qəzeti Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, 2026-cı ilin fevral ayında Rusiyada illik inflyasiya 5,9% təşkil edib. Mart ayının ortalarında bu göstərici 5,7%-ə qədər enib, lakin ayın 23-nə yaxın yenidən 5,8%-ə yüksəlib.

Nəşrin hesabatına görə, inflyasiyanın yavaşlamasına bir neçə amil təsir göstərib. Xüsusilə, fevral ayındakı bahalaşmadan sonra xiyarın qiymətinin ucuzlaşması və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərin qiymətinin azalması buna səbəb olub.

Bildirilir ki, 2026-cı ildən etibarən BƏƏ-yə turlar həftəlik inflyasiya hesablamalarına daxil edilib. Buna səbəb rusiyalı turistlərin bu istiqamətə xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031