xebermen.az

Məktəblilər 10 gün dərsə getməyəcək - Səbəb

30-03-2026, 11:36

 

Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.


Ümumtəhsil müəssisələrində may–iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.


May ayında tətil və qeyri-iş günləri:


• 1–5 may – ibtidai siniflər üçün bahar tətili
• 9 may – Faşizm üzərində Qələbə Günü
• 26–27 may – Qurban bayramı
• 28 may – Müstəqillik Günü


Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.


İyun ayında:


• 12 iyun – orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Həmin gün ənənəvi olaraq dərs keçirilmir.


Qeyd edək ki, sadalanan tarixlərdən sonra məktəbliləri bu tədris ili üzrə son rəsmi tətil günləri gözləyir.


Bu da ümumilikdə 10 gün müddəti təşkil edir. (Bakıvaxtı.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031