xebermen.az

Paşinyana kilsədə yumruq atdılar

29-03-2026, 15:09

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.

Bu barədə  Ermənistan KİV xəbər verir.

Məlumata görə, baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib. Yayılan görüntülərdə etirazçının əslində Paşinyana əl uzatması əks olunub.

Hadisə yerində qısa müddətli gərginlik yaşansa da, mühafizə xidməti baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031