xebermen.az

Rusiyada miqrantlara ən çox maaş verilən yerlər

28-03-2026, 17:39

 

Rusiyanın yeddi regionu əmək miqrantlarına 200 min rubl maaş təklif edir. Ən çox maaş Krasnoyarsk diyarı və Maqadan vilayətində təqdim olunub.

Krasnoyarsk diyarında mühəndisə 200 min rubl, iş icraçısına və anbar müdiri vəzifəsinə 230 min rubl, sahə rəisinə isə 250 min rubl maaş təklif edilir. Maqadan vilayətində isə geoloqlara, dağ-mədən işçilərinə, elektrik-qaz qaynaqçılarına və qazma qurğularına xidmət edən mexaniklərə 200 min rubl maaş verməyə hazırdırlar.

Amur vilayətində baş geodezist də 200 min rubl maaş alacaq. Moskvada departament direktoru üçün maaş 230 min rubl təşkil edir. Tatarıstanda dərnək rəhbərinə 220 min rubl, onun müavininə isə bundan 30 min rubl az maaş təklif olunur.

2026-cı il üçün xarici işçilərə aid vakansiyalar barədə məlumatları regionlar Əmək Nazirliyinə təqdim edir. Yüksək maaşlar həmin sahələrdə və bölgələrdə kadr çatışmazlığı ilə əlaqədardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930