xebermen.az

Ermənistan Avropaya növbəti dəfə əl açdı

23-03-2026, 18:37

 

Ermənistan Avropa Sülh Fondundan üçüncü maliyyə yardımı paketi üçün Avropa İttifaqına müraciət edib.

Bunu Ermənistanında xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr üzrə daimi komitəsində müzakirələr zamanı açıqlayıb.

"Ermənistan Avropa Sülh Fondu çərçivəsində ikinci paketi aldı və biz üçüncüsü üçün müraciət etdik. İkinci ayrılan yardım 20 milyon avro idi", - deyə o bildirib.

Xatırladaq ki, 2024-cü il iyulun 23-də Aİ Avropa Sülh Fondundan Ermənistana ilk 10 milyon avronun ayrılmasını təsdiqləyib. Bu ilin yanvarında isə Ermənistana 20 milyon avronun ayrılması barədə qərar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031