Rusiyanın “Proqress” raketi orbitdə problemlə üzləşdi
Yer orbitində Rusiyanın "Proqress MS-33" nəqliyyat-yük gəmisinin antennasının açılması zamanı nasazlıq qeydə alınıb.
Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
"Buraxılışdan sonra "Proqress" gəmisinin "Kurs" avtomatik yaxınlaşma sisteminin iki antennasından biri plana uyğun olaraq açılmayıb. Bütün digər sistemlər normal rejimdə işləyir", — deyə NASA-nın saytında yerləşdirilən bəyanatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, rusiyalı mütəxəssislər artıq nasazlığın aradan qaldırılması istiqamətində işlərə başlayıblar.
İdarədən verilən məlumata görə, mövcud vəziyyətdə Rusiya tərəfi birləşmə üçün ehtiyat ssenarini nəzərdən keçirir. Bəyanatdan aydın olur ki, “Roskosmos” antennadakı problemlərin aradan qaldırılması üzrə işləri davam etdirəcək.
NASA-dan izah edilib ki, əgər antennanı açmaq mümkün olmasa, BKS komandiri, "Roskosmos"un kosmonavtı Sergey Kud-Sverçkov yaxınlaşma və birləşmə zamanı teleoperator idarəetmə rejimi sistemi (TORU) vasitəsilə gəminin idarə olunmasını əllə həyata keçirəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: