xebermen.az

ABŞ-dan Təl-Əvivə xəbərdarlıq: Bu, daha uzun davam edəcək

23-03-2026, 10:16

 

ABŞ Hörmüz boğazının açılması ilə bağlı hücum planlarına dair Təl-Əviv hökumətinə mesaj göndərib.

Bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın qiymətləndirməsinə görə, Hörmüz boğazının açılmasına yönəlmiş hücumlar həftələrlə davam edəcək.

İddiaya görə, bu hücum planları səbəbindən ABŞ İsrailə müharibənin gözləniləndən daha uzun davam edəcəyi barədə mesaj çatdırıb.

Hesabatda Vaşinqtonun planının təkcə boğazı açmaq deyil, həm də İranın qlobal enerji qiymətlərinə təsirini aradan qaldırmaq olduğu qeyd olunub.

Həmçinin vurğulanıb ki, İsrail ABŞ-ın bəzi planlarından xəbərdardır və onun fəaliyyətlərində iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031