xebermen.az

İranın hava məkanının bağlanma müddəti uzadıldı

22-03-2026, 13:57

 

İran hakimiyyəti ölkənin hava məkanında uçuşlara qoyulmuş qadağanı martın 29-dək uzadıb.

Bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib.

"İranın hava məkanı təxminən martın 29-u, bazar günü saat 08:30-dək bağlı olacaq", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, dövlət, hərbi və sanitar aviasiyanın uçuşları, habelə axtarış-xilasetmə məqsədilə həyata keçirilən və Mülki Aviasiya İdarəetmə Orqanının ayrıca icazələri ilə yerinə yetirilən reyslər istisna təşkil edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930