xebermen.az

Tehranı çökdürmək mümkün deyil: ABŞ və İsrailə xəbərdarlıq edildi

20-03-2026, 10:32

 

Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl ABŞ və İsrailin İranda rejim dəyişikliyi cəhdlərinin uğur qazanmayacağını bildirib.

O, bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində danışıb.

Kneisslin sözlərinə görə, İranda rejim dəyişikliyi ideyası uzun illərdir müzakirə olunsa da, indiyədək reallaşmayıb. O qeyd edib ki, bunun əsas səbəblərindən biri ölkənin böyük əraziyə malik olması və siyasi sistemin sabitliyidir.

Keçmiş nazir vurğulayıb ki, yüksək vəzifəli şəxslərin ölümünə səbəb olan hücumlara baxmayaraq, ölkədə idarəetmə sistemi fəaliyyətini davam etdirir və dövlət institutları işlək vəziyyətdə qalır.

Onun fikrincə, ayrı-ayrı şəxslərin, hətta yüksək rəhbərliyin aradan qaldırılması belə hakimiyyətin çökməsinə gətirib çıxarmayacaq. Kneissl bildirib ki, İranda rəhbərliyin tez bir zamanda yenilənməsinə imkan verən alternativ mexanizmlər mövcuddur.

O, əlavə edib ki, ali lider və təhlükəsizlik strukturları da daxil olmaqla, siyasi sistemin əsas elementləri fəaliyyətini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930