xebermen.az

Rusiyada miqrantlara yeni zərbə

19-03-2026, 09:39

 

Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində yeni addım atılıb.


Rusiya Dövlət Duması miqrantlarla bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.


Yeni qaydalara əsasən, miqrant ailələrinin uşaqları 18 yaşına çatdıqdan sonra ölkəni tərk etməyə məcbur olacaq. Bu qərar ölkədə yaşayan xarici vətəndaşların hüquqi statusuna yenidən baxılması çərçivəsində tətbiq ediləcək.


Qanun layihəsində alternativ variant da nəzərdə tutulub. Belə ki, 18 yaşına çatan şəxslər ölkədən çıxmaq əvəzinə, 30 gün ərzində əmək fəaliyyəti üçün patent rəsmiləşdirə biləcəklər. Bu müddətdə sənədlər hazırlanmadığı halda, onların Rusiyada qalması qeyri-qanuni hesab olunacaq və məcburi çıxarılma proseduru tətbiq ediləcək.


Yeni təşəbbüsün əsas məqsədinin əmək bazarına nəzarəti gücləndirmək və qeyri-qanuni miqrasiyanın qarşısını almaq olduğu bildirilir. (Musavat.com )






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031