xebermen.az

Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı

18-03-2026, 13:13

 

Dünya görünməmiş iqlim fəlakəti ilə üz-üzədir. Alimlər builki yay mövsümündə qlobal temperaturu rekord həddə çatdıracaq “super El-Nino” hadisəsinin baş verəcəyini proqnozlaşdırırlar.

ABŞ Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) iyun-avqust ayları arasında bu təbiət hadisəsinin yaranma ehtimalını 62% olaraq qiymətləndirib. Mütəxəssislər builki "El-Nino"nu gücünə görə “Qodzilla” ilə müqayisə edirlər.

Bildirilir ki, hazırda Sakit okeanda müşahidə olunan soyuq faza - “La-Ninya” yaxın həftələrdə sona çatacaq və onu kəskin isinmə əvəz edəcək. Əgər alimlərin proqnozları özünü doğrultsa, bu o deməkdir ki, okean suyunun temperaturu normadan 2 dərəcə daha çox isinəcək, dünya miqyasında anomal istilər və quraqlıq müşahidə olunacaq, Sakit okeanda qasırğalar güclənəcək, Atlantik okeanında isə nisbi sakitlik yaranacaq.

Meteoroloq Pol Pastelokun sözlərinə görə, payız və qış aylarında bu proses daha da şiddətlənə bilər. Noyabr ayına qədər hadisənin “super El-Nino” statusuna çatması ehtimalı isə 15%-dir.

Qeyd edək ki, "El-Nino" orta hesabla hər 2-7 ildən bir təkrarlanan təbii iqlim hadisəsidir və adətən 9-12 ay davam edir. Lakin bu il gözlənilən temperatur alimləri ciddi şəkildə narahat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031