xebermen.az

İran müharibəsi bu ölkənin əhalisini sevindirdi: 4 günlük iş həftəsinə keçdilər

18-03-2026, 13:12

 

Şri-Lankada 18 martdan etibarən həftəiçi istirahət günlərinin olması ilə bağlı qərar qəbul edilib.

Bundan sonra vətəndaşlar çərşənbə günləri istirahət edəcəklər. Əsas Xidmətlər üzrə Baş Komissar Prabat Çandrakirti bildirib ki, hökumət Yaxın Şərqdəki müharibə səbəbindən iş həftəsini qısaldıb.

Dəyişikliklər bir sıra dövlət qurumlarına, məktəblərə və universitetlərə təsir edəcək. Baş komissar əlavə edib ki, özəl sektoru bizim nümunəmizi izləməyə və bundan sonra hər çərşənbə günü istirahət günü elan etməyə çağırırıq.

Onun sözlərinə görə, dövlət qurumlarının rəhbərlərinə qalan dörd iş günü ərzində xidmətə gəlməli olan işçilərin sayını müəyyən etmək səlahiyyəti verilib. Xəstəxanalar, liman və təcili yardım xidmətləri bu dəyişikliklərdən təsirlənməyəcək, onlar adi rejimdə fəaliyyət göstərirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031