xebermen.az

Dünya belə xilas edildi: 10 nüvə bombası hazırlanırmış - İranla bağlı şok detallar

18-03-2026, 13:11

 

ABŞ senatoru Lindsi Qrem İranla bağlı dəhşətli faktların üstünü açıb.

Respublikaçı senator Lindsi Qrem "X" sosial şəbəkəsindəki hesabında 2025-ci ilin iyununda həyata keçirilən "Şimal çəkici" əməliyyatının pərdəarxası məqamlarını paylaşıb.

Senatorun sözlərinə görə, Prezident Donald Trampın əmri ilə reallaşan bu əməliyyat İranın azı 10 nüvə bombası hazırlamasının qarşısını alıb:

"Qısa müddət ərzində Prezident Tramp "Şimal çəkici" əməliyyatı ilə İranın ən azı 10 nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməsinin qarşısını aldı. İran bu məqsədə illər ərzində deyil, həftələr ərzində nail oldu".

Qrem hazırkı müharibədə müttəfiqlərin roluna toxunaraq, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) cəsarətini vurğulayıb. O bildirib ki, İranın əsas hücumları məhz BƏƏ-yə yönəlib, çünki BƏƏ bu müharibə zamanı İranın hücumunun əsas yükünü öz üzərinə götürüb, çünki orada Amerika hərbi bazaları və minlərlə Amerika əsgəri yerləşir

Senator qeyd edib ki, ABŞ neftinin yalnız 1%-ni Hörmüz boğazından alsa da, boğazın açıq qalması üçün mübarizə aparır və BƏƏ-nin bu koalisiyada iştirakı yüksək qiymətləndirilməlidir.

Qeyd edək ki, martın əvvəlində Tramp "Şimal çəkici" əməliyyatını çox vacib adlandırmışdı.

Xatırladaq ki, fevralın 28-də Donald Trampın elanı ilə başlayan genişmiqyaslı əməliyyatlara İsrail də qoşulub.

Pentaqon rəhbəri Pit Heqsetin "Bu müharibəni biz başlatmadıq, amma biz bitirəcəyik" sözlərini xatırladan Qrem, İranın hərbi və iqtisadi cəhətdən tamamilə məğlub edildiyini, lakin "böyük dalğanın" hələ öndə olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031