xebermen.az

Laricaninin öldürülməsinə Əraqçidən reaksiya: ABŞ və İsrail hələ də dərk etmirlər ki...

18-03-2026, 13:09

 

Bilmirəm niyə amerikalılar və israillilər hələ də bunu dərk etməyiblər: İran İslam Respublikasının güclü siyasi quruluşu, siyasi, iqtisadi və sosial təsisatları var.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə edilən sui-qəsdlə bağlı sualı cavablandırarkən bildirib.

Ərqçi bildirib ki, fərdin varlığı və ya yoxluğu quruluşa təsir etmir:

Əlbəttə ki, insanlar təsirlidir və hər kəsin rolu var - bəziləri daha yaxşı, bəziləri daha pis, bəziləri daha az. Amma vacib olan odur ki, İrandakı siyasi sistem çox güclü bir quruluşdur. Liderin özündən daha vacib heç kim olmayıb. Hətta o da öldürülüb. Buna baxmayaraq, sistem fəaliyyətini davam etdirir və dərhal onun yerinə başqası təyin olunub. Başqası öldürülərsə, eyni olacaq. Xarici işlər naziri öldürülərsə, sonda başqası vəzifəni tutacaq", - deyə İranın xarici işlər naziri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031