xebermen.az

Paşinyan ona yeni vəzifə verdi - Bakı ilə gizli danışıqlar iddiası

17-03-2026, 21:40

 

Ermənistanda qondarma “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru Edita Qzoyan işdən azad edildikdən sonra onun vəzifəsini keçmiş diplomat Hraçya Taşçyan icra edir.

Edita Qzoyan ABŞ-ın vitse-prezidenti Vensin səfəri zamanı ona Qarabağ haqqında kitab təqdim etdiyi üçün işdən azad edilib. Ermənistanın baş naziri Nikol Paşinyan direktorun bu addımının sülhə və hökumətin siyasətinə zidd olduğunu bildirib.

Ermənistan mediası Qzoyanı əvəz edən keçmiş diplomat Hraçya Taşçyanın Azərbaycanla gizli danışıqlarda iştirak etdiyi iddiasını yayıb.

“Hraparak” nəşri iddia edir ki, Taşçyan 2018-2019-cu illərdə Paşinyanın aparatında köməkçi işləyərkən, Azərbaycanla gizli danışıqlarda iştirak edib.

"O, baş nazirin Aparatında xarici əlaqələr şöbəsinin müdiri işləyib. 2021-ci ilin dekabrında Azərbaycanla bağlı gizli danışıqlar haqqında məlumat sızandan sonra vəzifəsindən azad edilib", - nəşr iddia edir.

Bu iddia qeyri-realdır. Çünki Azərbaycan və Ermənistan arasında münasibətlər 44 günlük müharibədən sonra, xüsusilə 2023-cü ildən etibarən qurulub. Buna qədər Bakı-İrəvan xəttində danışıqlar əsasən vasitəçilər tərəfindən aparılıb. 2020-ci il İkinci Qarabağ müharibəsindən əvvəl isə ümumiyyətlə belə bir əlaqədən söhbət gedə bilməz. Bu iddia Ermənistanda revanşist qüvvələrin Paşinyanı ittiham etmək məqsədilə ortaya atılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031