xebermen.az

Avropa Ermənistana yeni “ordu” göndərir – Paşinyanı qoruyacaqlar

17-03-2026, 21:40

 

Ermənistanda hakimiyyət seçki prosesini xarici təsirlərdən qorumaq üçün xarici oyunçulara müraciət edib.

Bu barədə erməni politoloq Suren Surentants Avropa İttifaqının Ermənistana “sürətli reaksiya qrupu” göndərməsi haqda yayılan məlumatları şərh edərkən deyib.

Aİ-nin xarici işlər naziri Kaya Kallas bir müddət öncə bildirmişdi ki, parlament seçkilərindən əvvəl potensial təhdidlərin qarşısını almaq məqsədilə Ermənistana “sürətli reaksiya qrupu” göndərəcəklər. O, “Brüssel Ermənistanı tək qoymayacaq, təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər” deyə bildirmişdi.

Suren Surentants hesab edir ki, Aİ-nin Ermənistana qrup göndərməsi seçki prosesinə müdaxilə etməkdir.

“Hakimiyyət seçkilərin legitimliyini təmin etməyə çalışır. Əgər seçkinin nəticələri mübahisələndirilərsə, hakimiyyət beynəlxalq iştirakı, nəzarəti və kənar müdaxilədən qorunmanı əsas gətirəcək. Lakin bu, təhlükəli nəticələrə səbəb ola bilər. Seçkilərin legitimliyi xarici qüvvələrə bağlıdırsa, bu, Ermənistan daxilində qütbləşməni dərinləşdirə bilər. Seçkilər geosiyasi rəqabət sahəsinə çevriləcək”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930