xebermen.az

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi

17-03-2026, 09:58

 

Bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən böyük neft yataqlarından biri sayılan “Şah” neft yatağı dron hücumuna məruz qalıb.

Bu barədə Əbu-Dabi Media Ofisinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, hücum nəticəsində ərazidə yanğın baş verib və təhlükəsizlik məqsədilə yataqda bütün əməliyyatlar müvəqqəti dayandırılıb.

Aidiyyəti qurumlar yanğının söndürülməsi istiqamətində tədbirlər görüblər. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Vurğulanıb ki, hadisə ilə bağlı əlavə məlumatlar daha sonra ictimaiyyətə təqdim ediləcək. (Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930