xebermen.az

İrəvan Bakının daha bir tələbini yerinə yetirdi: Müzakirə üçün parlamentə təqdim edildi

16-03-2026, 18:11

 

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır.

Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.

Onun sözlərinə görə, layihə Mülki Müqavilə Şurası və parlament fraksiyası tərəfindən müzakirə olunacaq.

"Konstitusiyanın mətnini ən qısa zamanda dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Bu o deməkdir ki, ictimaiyyətlə ünsiyyət qurmaq üçün daha çox vaxtımız olacaq", - Qalyan deyib.

Onun sözlərinə görə, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasını təmin etməkdir.

Bundan əlavə, müzakirələr Ədliyyə Nazirliyinin bir sıra məsələlər üzrə rəyinin yenidən nəzərdən keçirilməsi üçün əsas ola bilər.

Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu, çünki bunun münaqişəyə səbəb olacağını bildirmişdi .

Ədliyyə naziri Srbuhi Qalyan daha əvvəl yeni Konstitusiyanın ilkin mətninin mart ayında dərc olunacağını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930