xebermen.az

Tehran şərtlərini açıqladı - Bu tələbləri VAR

14-03-2026, 20:16

 

İran hökumətinin sözçüsü Möhsün Rzayi Tehranın davam edən müharibəni dayandırmaq üçün irəli sürdüyü iki əsas şərti açıqlayıb.

Rzayi rəsmi Tehranın sülh danışıqları üçün konkret tələblərinin olduğunu bildirib.

O qeyd edib ki, İran tərəfi yalnız iki halda hərbi əməliyyatlara son qoymağı düşünə bilər:

"Bu şərtlərdən birincisi, fevralın 28-dən bəri davam edən münaqişə zamanı İranın infrastrukturuna və iqtisadiyyatına dəymiş bütün ziyanın ABŞ tərəfindən təzminat şəklində ödənilməsidir. İkinci mühüm şərt isə bütün Amerika hərbi bazalarının Fars körfəzi regionundan tamamilə çıxarılmasıdır. Bu tələblər yerinə yetirilmədən hər hansı bir atəşkəsdən söhbət gedə bilməz. Ölkənin suverenliyinin qorunması üçün bütün imkanlar səfərbər edilib".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı "Epik Qəzəb" hərbi əməliyyatına başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930