xebermen.az

Gərginlik pik həddə: İran ABŞ banklarını hədəfə aldı

14-03-2026, 20:15

 

Beynəlxalq "Citibank"ın Dubay (BƏƏ) və Manama (Bəhreyn) şəhərlərindəki bölmələri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Planetinfo.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində binalarda yanğın başlayıb.

Nəşr qeyd edib ki, təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar "Citibank"ın regional bölmələri BƏƏ-dəki bəzi əyani xidmətlərinin müvəqqəti dayandırıldığını elan edib.

Məlumata görə, ABŞ bankının Dubay və Bəhreyn bölmələri Fars körfəzi regionunda neft şirkətlərinin, suveren rifah fondlarının və beynəlxalq korporasiyaların dollar əməliyyatlarının idarə olunduğu iri mərkəzlər hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031