xebermen.az

Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz

13-03-2026, 16:43

 

Yaxın Şərqdə alovlanan müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür.

Bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində danışıb.

Diplomat nə avropalı, nə də region siyasətçilərinin hadisələrin gedişatını öncədən görə bildiyini vurğulayıb.

"Düşünmürəm ki, hazırda kiminsə dəqiq məlumatı olsun. Müharibələri başlamaq asandır, lakin onlar həmişə nəzarətdən çıxır və daha böyük xaosa səbəb olur", - deyə Kallas qeyd edib.

Aİ rəsmisi strateji əhəmiyyətli Hörmüz boğazındakı gərginliyə də toxunub. O bildirib ki, dünya neft-qaz tədarükünün mühüm hissəsinin keçdiyi bu marşrutda gəmiçiliyin sığortalanması variantları müzakirə edilir. Lakin bu, təhlükəsizliyə tam təminat vermir:

"Əgər bir gəmi kapitanı təhlükə səbəbindən boğazdan keçməmək qərarı verərsə, heç kim onu buna məcbur edə bilməz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930