xebermen.az

İran Ermənistanı bombalayacaq - İrəvanda kabus ssenarisinə hazırlaşırlar

13-03-2026, 16:42

 

“İran Ermənistann baş naziri Nikol Paşinyanın səfirliyə getmədiyini, qurbanlar üçün başsağlığı vemədiyini unutmayacaq. Fikrimcə, cəzalandırmaq məqsədilə Ermənistana hücum da edə bilər”.

Bu barədə Ermənistanda Respublika Partiyasının üzvü, ekspert Qaqik Minasyan deyib.

Minasyan hesab edir ki, Paşinyan İrana qarşı yanlış mövqe sərgiləyir: “İran Kipri hədəfə aldı, hətta NATO üzvü Tükiyəyə, onun müttəfiqi Azərbaycana hücum etdi. Düşünürəm ki, Ermənistana bu və ya digər formada cavab veriləcək. Ermənistan dost ölkə olan İrana qarşı yanlış mövqedən çıxış edir. Buna görə cavab veriləcəyini düşünürəm”.

Minasyan Ermənistandan İrana qarşı yeni cəbhənin açılması riskindən də bəhs edib.

“Ermənistan ərazisindən İrana qarşı yeni cəbhə açılarsa, bu, bizim üçün kabus ssenarisinin baş verməsi deməkdir. İran ABŞ bazalarının olduğu ölkələrlə necə davranırsa, Ermənistanla da elə davranacaq, hətta daha sərt addımlar ata bilər”, - erməni ekspert bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930