xebermen.az

Netanyahu İranın nüvə alimlərinin məhv edildiyini bəyan etdi

13-03-2026, 10:23

 

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin həyata keçirdiyi zərbələr nəticəsində bir neçə iranlı nüvə aliminin məhv edildiyini bəyan edib.

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Netanyahunun sözlərinə görə, İran üçün "azadlığa aparan yeni yol yaxınlaşır" və respublikanın gələcəyi onun vətəndaşlarından asılıdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb; hücumlar nəticəsində bir çox şəhər, o cümlədən ali lider Əli Xameneinin iqamətgahı hədəf alınıb və o, həlak olub. İran isə buna cavab olaraq İsrailə və ABŞ-ın regiondakı aviabazalarına raket və dronlarla zərbələr endirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031