xebermen.az

İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında

13-03-2026, 10:20

 

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.

Bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano "X"dəki hesabında yazıb.

"Bu günün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Miley (Argentina Prezidenti Xavyer Miley), Meloni (İtaliyanın Baş naziri Ciorcia Meloni), Kast (Çili Prezidenti Xose Antonio Kast), Stubb (Finlandiya Prezidenti Aleksandr Stubb), Modi (Hindistanın Baş naziri Narendra Modi), Takaiçi (Yaponiyanın Baş naziri Sanae Takaiçi), Navrotski (Polşa Prezidenti Karol Navrotski ), Dans ("Heritage" fondunun layihə rəhbəri Pol Dans), Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev), VI Məhəmməd (Mərakeşin Kralı VI Məhəmməd) , Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski), Netanyahu (İsrailin Baş naziri Benyamin Netanyahu), Merts (Almaniya Kansleri Fridrix Merts) və öz liqasında tək olan Donald Trampdır (ABŞ Prezidenti Donald Tramp)", - paylaşımda bildirilib.

Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və "Heritage" fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, "Heritage"in antisemitizm əməliyyatlarının, o cümlədən "Esther" layihəsinin rəhbəridir. (“Report”)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930