xebermen.az

Rusiyadan İrana göndərilən humanitar yardım Astaradan İrana keçib

12-03-2026, 21:27

 

Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.

Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb. 

Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031