xebermen.az

İranda sirli radio siqnalları - ABŞ daxildəki agentlərlə belə əlaqə saxlayır

11-03-2026, 09:41

 

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri Qərbi Avropadakı radiötürücü sirli siqnallar yayır.

Bu barədə "Financial Times" nəşri amerikalı kəşfiyyatçılara istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, ABŞ bu yolla İran daxilindəki agentləri ilə əlaqə saxlaya bilər.

Fars dilində "Diqqət!" sözü ilə başlayan siqnalın ardınca altı, dörd, sıfır, doqquz, üç, doqquz rəqəmləri səsləndirilir və bu mesaj hər gün İran vaxtı ilə saat 05:30 və 21:30-da iki dəfə təkrarlanır.

Yaxın Şərqdəki münaqişənin başlamasından bir neçə gün sonra siqnalın bir sıra müdaxilələrlə boğulduğu, İranın bu yolla ötürmələrə mane olmağa çalışdığı ehtimal edilir. Lakin məqalədə qeyd olunub ki, naməlum səs sürətlə yeni tezliyə keçərək rəqəmləri sadalamağa davam edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı paytaxt Tehran da daxil olmaqla bir çox şəhər, eləcə də ali lider Əli Xameneinin iqamətgahı hədəf alınıb; o, hücum nəticəsində həlak olub.

Buna cavab olaraq İran, İsrailə və ABŞ-ın Yaxın Şərqdəki aviabazalarına raket və PUA-larla zərbələr endirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930