xebermen.az

Bu qan qrupuna sahib insanlar çox yaşayır

10-03-2026, 16:09

 

Elmi araşdırmalar uzunömürlü insanların qan qrupları ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.

Məlumata görə, 100 yaşdan yuxarı şəxslər arasında ən çox rast gəlinən qan qruplarından biri 0 (I) qan qrupu hesab olunur.

Araşdırmalar göstərir ki, qan qrupu insan ömrünün uzunluğunu təkbaşına müəyyən etmir. Bununla belə, bəzi qan qrupları müəyyən xəstəliklərə qarşı bioloji davamlılıq baxımından fərqlənə bilər. Mütəxəssislərin fikrincə, 0 qan qrupuna malik insanlarda ürək-damar xəstəlikləri, infeksiyalar və bəzi xərçəng növlərinə tutulma riski nisbətən aşağı ola bilər.

Böyük Britaniyada aparılan tədqiqatlar qan qrupları ilə qan laxtalanması riski arasında da əlaqə olduğunu göstərib. Alimlərin bildirdiyinə görə, AB qan qrupuna sahib insanlarda qan laxtalanması ehtimalı digər qruplarla müqayisədə daha yüksəkdir. 0 qan qrupunda isə bu risk daha aşağı qiymətləndirilir.

Mütəxəssislər qeyd edir ki, qan qrupunu müəyyən edən molekulyar quruluş qan laxtalanma prosesinə təsir göstərə bilər. Hüceyrələrin səthində yerləşən zülallar damar sağlamlığına və bəzi xəstəliklərə meylliliyə təsir edən amillərdən hesab olunur.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, uzunömürlülük yalnız qan qrupu ilə bağlı deyil. Sağlam qidalanma, fiziki aktivlik, stressin idarə olunması və genetik faktorlar da insan ömrünün uzun olmasında mühüm rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930