xebermen.az

Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu

10-03-2026, 16:07

 

Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketinə daxil etməmək barədə qərar qəbul edib.

Bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivanın Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı məktubda qeyd olunub.

Brüssel ilkin mərhələdə Rusiya neftinin dəniz yolu ilə daşınması və "kölgə donanması"nın limana daxil olması səbəbindən məhdudiyyətlərin tətbiqini nəzərdən keçirib. Lakin Gürcüstan hakimiyyəti və terminal operatoru ilə aparılan məsləhətləşmələrdən sonra Aİ-nin mövqeyi dəyişib.

Məktubda göstərilir ki, rəsmi Tbilisi və liman administrasiyası beynəlxalq sanksiyalar altında olan gəmilərin Kuleviyə buraxılmaması və onlara xidmət göstərilməməsi ilə bağlı öhdəlik götürüblər.

Liman infrastrukturunu idarə edən Azərbaycanın SOCAR şirkəti də əlavə zəmanətlər təqdim edib. Şirkət Rusiya nefti üçün Aİ tərəfindən müəyyən edilmiş qiymət tavanına əməl edəcəyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930