xebermen.az

İran Trampı heyrətləndirib: Ağ Evdə ara qarışıb, ABŞ müharibədən çəkilir, İsrail tək qalır

10-03-2026, 11:05

 

ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri İranla münaqişənin tez bir zamanda həllinə çağırırlar.

Administrasiya daxilində müzakirələr qlobal neft qiymətlərinin kəskin artması və uzunmüddətli hərbi əməliyyatların ABŞ daxilində siyasi nəticələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda başlayıb.

Eyni zamanda, bəzi administrasiya rəsmiləri münaqişənin tez bir zamanda həllinin mümkün olmadığına inanırlar.

Ağ Evin mövqeyi ilə tanış olan mənbələr bildirirlər ki, Donald Tramp qələbə hesab etdiyi nəticəyə çatana qədər hərbi kampaniyanı dayandırmaq niyyətində deyil.

Nəşrin mənbələri həmçinin qeyd edib ki, Tramp ABŞ və İsrailin həyata keçirdiyi zərbələrdən sonra İranın mövqeyini dəyişməməsinə təəccüblənib.

Tramp bir gün əvvəl Amerikanın İrana qarşı əməliyyatının tezliklə başa çatacağını bildirmişdi. O, çərşənbə axşamı jurnalistlərlə söhbətində bu qiymətləndirməni təkrarladı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930