xebermen.az

İran Hörmüz boğazında neft axınını dayandırsa... - Trampdan sərt XƏBƏRDARLIQ

10-03-2026, 10:30


 

Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Thuth Social" sosial şəbəkəsində yazıb.

"Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!", - Tramp yazıb.

O, bunun ABŞ-ın Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını söyləyib:

"Ümid edirəm ki, bu jest təqdir olunacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031