xebermen.az

Ermənistanda şok hadisə: Qadın əlinə bıçaq alıb məktəbə girdi, direktoru...

9-03-2026, 16:47

 

Ermənistanın Vedi şəhərindəki məktəblərdən birində görünməmiş hadisə baş verib.

Bu barədə "Shamshyan.com" məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı Nune M. məktəbə gələrək, uca səslə nalayiq ifadələr işlədib. Narazılığını söyüşlərlə ifadə edən qadın daha sonra "hesablaşmaq" üçün direktorun otağına yollanıb.

Hədə-qorxularla direktorun otağına girən aqressiv qadın çantasından bıçaq çıxarıb. Məktəbin 49 yaşlı direktoru Asmik M. təhlükəni hiss edərək otaqdan qaçıb və gizlənib.

Qadın direktoru həyətə qədər qovub, lakin onu tapmayıb. O, acığını direktorun avtomobilindən çıxıb. Əlindəki bıçaqla direktorun "BMW" markalı maşınını cızaraq ona ciddi zərər vurub.

Qadın saxlanılıb, üzərindən cinayət aləti olan bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031