xebermen.az

Fransızlara çağırış: İraqı tərk edin

9-03-2026, 10:31

 

Fransa hökuməti Yaxın Şərqdə təhlükəsizliyin pisləşməsi fonunda İraqda olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlar ölkədən ayrılmazdan əvvəl İraqdakı Fransa diplomatik nümayəndəliklərinə özləri barədə məlumat verməlidirlər.

Bundan əlavə, Fransa hökuməti vətəndaşlarına İraqa səfər etməməyi qəti şəkildə tövsiyə edib.

İraqın şimalında yerləşən Ərbil şəhərində hava limanı yaxınlığında baş verən zərbələr nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü həlak olub, daha biri isə yaralanıb. Həmçinin, şənbə gecəsi Ərbildə güclü partlayış səslərinin eşidildiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930