xebermen.az

SEPAH İranın yeni ali liderinə sədaqət andı içdi

9-03-2026, 10:27

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) İslam Respublikasının yeni lideri Müctəba Xameneiyə sədaqət andı içib.

Bu barədə SEPAH-ın bəyanatında bildirilir.

”İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sadiq bir əsgər və iqtidarın güclü dayağı olaraq, hörmətli Ekspertlər Şurasının rəhbərliklə bağlı seçiminə dəstək verir, cənab Ayətullah Seyid Müctəba Xameneinin ilahi göstərişlərinə tam tabe olmağa və onları fədakarlıqla yerinə yetirməyə hazırdır", - bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl İranın Ekspertlər Şurası İranın mərhum ali rəhbərinin oğlunu öz varisi təyin etmişdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031