xebermen.az

Tramp “xüsusi elçisi”ni və kürəkənini İsrailə göndərir: Müharibə bitir?

9-03-2026, 10:25

 

ABŞ Prezidentinin “xüsusi elçisi” Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin 10 mart çərşənbə axşamı günü İsrailə səfəri planlaşdırılır.

Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, onlar Baş nazir Benyamin Netanyahu ilə görüşəcək.

"Ağ Evin “xüsusi elçisi” Stiv Uitkov və Trampın kürəkəni Cared Kuşner çərşənbə axşamı İsrailə səfər etməyi və Baş nazir Netanyahu ilə görüşməyi planlaşdırırlar", - məlumatda deyilir.

Bundan əvvəl Donald Tramp jurnalistlərə İrana qarşı əməliyyatın dayandırılması qərarının Netanyahu ilə birlikdə veriləcəyini bildirmişdi.

Benyamin Netanyahu daha əvvəl İsrailin hələ də İrandakı siyasi nizamı poza biləcək "sürprizlər"ə sahib olduğunu iddia etmişdi.

Siyasətçi həmçinin İran hərbçilərinə müraciət edərək, silahlarını yerə qoysalar, onlara zərər verilməyəcəyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930