xebermen.az

Türkiyə PA Azərbaycanla bağlı təxribat xarakterli paylaşım edənlərə xəbərdarlıq etdi

7-03-2026, 20:08

Son günlərdə bölgəmizdə baş verən son hadisələr fonunda bəzi platformalarda, xüsusilə sosial mediada Türkiyə-Azərbaycan əlaqələrinə və Azərbaycana qarşı həddini aşan tənqidlər, dezinformasiya və təxribat xarakterli paylaşımlar edilir.

Bu haqqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.

"Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan sadəcə bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər bütün səviyyələrdə "Bir Millət, İki Dövlət" şüarı altında həyata keçirilir.

Biz ictimaiyyətin bu qardaşlığa zərər verə biləcək həddini aşan sözlərə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, kritik məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarını nəzərə alması vacib hesab olunur", - məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930